Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partlayış olan gecə klubunun kimə məxsus olduğu bilindi

Partlayış olan gecə klubunun kimə məxsus olduğu bilindi


Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location” gecə klubunun kimə məxsus olması məlum olub.

Newscenter.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.

Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.

Qeyd edək ki, hadisə ilkin ehtimala görə qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 30-dan çox şəxs isə xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.
Xəbəri paylaş