"Hər görüşdən öncə Ermənistan mütləq hansısa təxribat xarakterli addım atır. Brüssel görüşü öncəsi Ermənistan növbəti təxribatçı addımlarını atır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov səsləndirib. O bildirib ki, sülhdən danışan Ermənistan terrorist və qatı cinayətkar Araikə İrəvana rahat gedib gəlməyə şərait yaradır:
"Ona görə də, Ermənistanın qeyri-səmimi və ikiüzlü bəyanatlarına və fikirlərinə inanmaq olmaz! Bu Azərbaycan tarixində ən təhlükəli cinayətkar kimi həbs edilməli və cəzası verilməlidir. Erməni adlı canlılar gücdən başqa dil anlamırlar, bunu baş verənlər tam isbat edib".
Mərkəz rəhbəri vurğulayıb ki, Ermənistanın eks-prezidenti Petrosyan erməni siyasətçilərin arasında hadisələri nisbətən düzgün təhlil edəni və nəticə çıxaranıdır:
"Azərbaycanla sülh sazişinin imzalanmasının əsas tərəfdarlarından biri də Paşinyanın müəllimi Petrosyandır. Bu gün özünün malikanəsində Araiki qəbul edən Levon yəqin ki, ona təslim olmağı və ya aradan çıxmağı təklif edib. Çünki, Azərbaycan tərəfinin zarafat etmədiyini, rəsmi olaraq deyilən bütün sözləri reallaşdırdığını və bu yaxınlarda Baş Prokurorluq səviyyəsində bu caninin həbs edilib məsuliyyətə cəlb ediləcəyinin təsadüfi olmadığını başa salıb".
Mehman