Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada 39 yaşlı kişi intihar edib

Qubada 39 yaşlı kişi intihar edib


Qubada yerli sakin intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Tüləkəran kəndində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Həsrətov Xəyyam Söhbət oğlu yaşadıqı evin həyətində istifadə edilən yardımçı tikilidə özünü asıb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş