Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq məmurun nəvəsi Londonda ikinci şirkətini açdı -FOTOLAR

Sabiq məmurun nəvəsi Londonda ikinci şirkətini açdı


Baş nazirin keçmiş müavini Abid Şərifovun Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov bu il fevralın 14-də Londonda ikinci şirkətini qeydiyyatdan keçirib.

Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, LONDONCAPSULE LIMITED İngiltərə paytaxtının Durweston Street 17 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olacaq.

Nicat Mahmudov 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Onun 5 il əvvəl təsis etdiyi ABEONA GLOBAL LIMITED isə restoran biznesi sahəsində fəaliyyət göstərir, Londondakı Buta Lounge barı Şərifovun nəvəsinə məxsusdur.



P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

NEWSCENTER.AZ
Xəbəri paylaş