Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sutka ərzində Azərbaycanda neçə nəfər peyvənd olunub?

Sutka ərzində Azərbaycanda neçə nəfər peyvənd olunub?


Azərbaycanda son sutkada koronavirus əleyhinə 9 818 vaksin vurulub.

Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 811, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 848, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 594, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 565 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 491 577, birinci doza peyvəndlərin ümumi sayı 5 327 175, ikinci doza vaksinlərin sayı 4 827 901 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 106 035, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 230 466 olub.
Xəbəri paylaş