Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADA Universitetində UNESCO klubunun təqdimatı olub

ADA Universitetində UNESCO klubunun təqdimatı olub


Aprelin 1-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ADA Universiteti ilə Azərbaycan UNESCO Klubları Assosiasiyasının (AZUKA) əməkdaşlığı çərçivəsində növbəti UNESCO klubunun təqdimat mərasimi keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, təqdimat mərasimində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov, ADA Universitetinin tələbələr ilə iş bölməsinin rəhbəri Günel Əsgərova, Azərbaycan UNESCO Klubları Assosiasiyasının (AZUKA) rəhbəri Cahangir Hacıyev və tələbələr iştirak ediblər.

Qeyd olunmalıdır ki, ölkəmizin bir sıra təhsil müəssisələrində – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Texniki Universitetində, Bakı Avropa Liseyində və 20 saylı məktəb-liseydə UNESCO klubları yaradılıb.

Tədbir iştirakçılarına UNESCO klubları haqqında geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.

R.Mehdiyeva
Xəbəri paylaş