Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali Baş Komandana rəğbət və etimadın gücü ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu

Ali Baş Komandana rəğbət və etimadın gücü ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu


2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir.

Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial-iqtisadi və iri layihələrin həyata keçirilməsi, ən başlıcası İkinci Qarabağ savaşında 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və Prezidentə olan inamı, istəyi birə-beş artırmışdır.

Dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın “dəmir yumruq” kimi birləşməsi sayəsində nəinki 30 illik erməni işğalına, daşnak şovinistlərin 200 ildən arıq davam edən ərazi iddialarına son qoyuldu. Ali Baş Komandana rəğbət və etimadın gücü ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 6 şəhər, 5 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad edən, üçrəngli bayrağımızı bu ərazilərdə dalğalandıran Azərbaycan Ordusu Qarabağın tacı Şuşanı düşmən tapdağından azad etdi. Şuşanın işğaldan azad olunduğu gün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Zəfər günü kimi təsis olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından qürurla ictimaiyyətə çatdırması dövlət başçısına olan etimadın, sevginin əbədiliyinə səbəb oldu.


Şəlalə Məcidova-müəllimə
Xəbəri paylaş