Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı yazıçının əsərinə Hollivuddan film çəkmək təklifi gəldi

Azərbaycanlı yazıçının əsərinə Hollivuddan film çəkmək təklifi gəldi


Yazıçı-publisist Yunus Oğuzun "Nadir şah" əsərinə Hollivudun Spotlight Media Productions şirkəti tərəfindən film çəkilişi təklifi gəlib.

Newscenter.az Olaylar.az-a istinadən xəbər verir ki, Spotlight Media Productions şirkətinin istehsal meneceri Charlie McDowell yazıçı-publisist Yunus Oğuza məktub göndərərək, "Nadir şah" əsərinə film çəkilişini təklif edib:

"Sizin "Nadir şah" kitabınız ofisimə gəldi və Hollivud kino agentləri bu materialı beynəlxalq kinoya çevirməyi tövsiyə etdilər. Biz sizin şah əsərinizin Hollivud bazarında aktivə çevrilə biləcək böyük potensialını gördük. Biz 20 ildən artıqdır ki, kino sənayesindəyik və arena daxilində və xaricində sıx əlaqələrimiz var. Warner Bros., Paramount Pictures, DreamWorks və Netflix kimi tərəfdaş film şirkətlərimiz sizin əsəriniz kimi unikal hekayələr axtarır. Əgər müsbət cavab versəniz, film hüquqlarınızı almağa hazırıq".
Xəbəri paylaş