Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Rusiyanın 30-a yaxın diplomatını ərazisindən çıxarır

Fransa Rusiyanın 30-a yaxın diplomatını ərazisindən çıxarır


Fransa Xarici İşlər Nazirliyi bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Newscenter.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, söhbət 30-a yaxın rusiyalı diplomatdan gedir. Lakin nazirlik hələlik bu rəqəmi təsdiqləməyib.

Lakin rəsmi Parisin 30 rus diplomatını Fransadan çıxarmaq qərarı cavabsız qalmayacaq. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva buna “layiqincə” cavab verəcək.

Daha əvvəl Almaniya da daxil olmaqla, Avropanın bir sıra ölkələri analoji tədbirlərin görüləcəyini açıqlayıb.

Anar TAGIYEV
Xəbəri paylaş