Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapılıb

Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapılıb


Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapılıb.

Newscenter.az-ın xəbərinə görə, qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş azərbaycanlılara aiddir.

Qeyd edək ki, daha əvvəl də ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Hazırda araşdırmalar davam etdirilir.



Anar TAGİYEV
Xəbəri paylaş