Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərrux və Eddili kəndləri ətrafında aşkarlanan kütləvi məzarlıqlar erməni vandalizminin, vəhşiliyinin dəyişmədiyini göstərir

Fərrux və Eddili kəndləri ətrafında aşkarlanan kütləvi məzarlıqlar erməni vandalizminin, vəhşiliyinin dəyişmədiyini göstərir


"İşğaldan azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Belə ki, Xocavəndin Fərrux və Edilli kəndlərində kütləvi məzarlıqlar tapıldı. Bu məzarlıqların 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir".

Bu fikirləri Newscenter.az-a səsləndirən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib ki, bu məzarlıqların aşkar edilməsi erməni vəhşiliklərinin üzə çıxması baxımından çox vacib idi:

"Məlumdur ki, 3890 nəfər soydaşımız hələ də girov götürülmüş və itkin düşmüş sayılır. Aşkar edilən məzarlıqdan belə qənaətə gəlmək olar ki, ermənilər öldürülən şəxslərin izlərinin itirilməsi məqsədilə onlar üçün kütləvi məzarlıqlar qazıblar. Aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb".

MMP rəsmisi deyib ki, Azərbaycan xalqının ən faciəli qan yaddaşı olan 31 Mart soyqırımı ərəfəsində belə bir məzarləqların aşkar edilməsi, əslində çox mətləblərdən xəbər verdi:

"Fərrux və Eddili kəndləri ətrafında aşkarlanan kütləvi məzarlıqlar illər keçsə də, erməni vandalizminin, vəhşiliyinin dəyişmədiyini göstərir. Buna görə də Azərbaycan xalqının başına gətirilən bütün faciələrin səbəbkarı olan ermənilərlə necə davranmalı olduğumuzu bilməliyik".
Xəbəri paylaş