Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyinin reallığıdır

İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyinin reallığıdır


Demokratik cəmiyyətlərdə hakimiyyətin mənbəyi xalqdır. Bu mənada demokratik seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların əsas iştirak formasıdır. İstənilən dövlətdə seçkilərin ədalətli və şəffaf keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı siyasi qüvvəyə etibar edir. Bu gün təqdirəlayiq haldır ki, respublikamızda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur.

11 aprel 2018-ci il prezident seçkiləri və bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Ədalətli, şəffaf demokratik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyini ifadə etdi. Azərbaycan xalqı cənab İlham Əliyevə yenidən etimad göstərməklə həm də bu günə kimi görülmüş işlərə yüksək qiymət verdi. Çox saylı yerli və beynəlxalq müşahidəçilər, ictimaiyyət tərəfindən diqqətlə izlənilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının zəfəridir.

Son 18 ildə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli prezidenti olacağını bəyan etmiş möhtərəm İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, hüquq sisteminin daha da təkmilləşməsini uğurla təmin etmişdir. Ölkə vətəndaşları inanır ki, Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət üçün bu islahatlar qarşıdakı illərdə də inamla və qətiyyətlə davam etdiriləcəkdir. Ən əsası isə, 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşub. Qarabağ Azərbaycandır reallığı, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi.

Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

İnanırıq ki, bundan sonra da Azərbaycanda keçirilən seçki sistemi demokratik inkişafın göstəricisi kimi tarixə həkk olunacaq, seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.

Nəbi Hacıyev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbəri paylaş