Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Miqrasiya məktəbi - 4” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

“Miqrasiya məktəbi - 4” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib


“Miqrasiya Məktəbi 4” layihəsində təlimlər davam etdirilir.

Newscenter.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, bu istiqamətdə növbəti təlim Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Sənan Hacıyev tərəfindən keçirilib. Onlar “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda iştirakçılara hər iki beynəlxalq qurumun fəaliyyət istiqamətləri, Azərbaycan Respublikası ilə mövcud əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr və tədbirlər barədə ətraflı məlumat veriblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin “Miqrasiya Məktəbi 4” layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu”, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Zamir Əliyevin “Vətəndaşlıq məsələləri”, “Miqrasiya könüllüsü” İctimai Birliyinin sədri Aydan Həşimovanın “Könüllülük hərəkatı – “Miqrasiya könüllüsü” mövzusunda təlimləri təşkil olunub.

Arzu
Xəbəri paylaş