Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oğuzda meşə yanır

Oğuzda meşə yanır


Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.​

​"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Məlumata görə, yanğın hələ də davam edir.
Xəbəri paylaş