Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, aprelin 8-i saat 10:00-da Biləsuvar rayonunda, Cəlilabad, Cəbrayıl və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbul zamanı Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Dövlət Komitəsinin “Qaynar xətt” nömrəsi -1657 və 055 900 12 40 mobil nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.
Sevinc