Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOCAR hava şəraiti ilə bağlı dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib

SOCAR hava şəraiti ilə bağlı dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib


Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Newscenter.az-ın “Azneft”ə istinadən verdiyi məlumata görə, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

Mehman
Xəbəri paylaş