Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Torpağı müqəddəsləşdirənlər

Torpağı müqəddəsləşdirənlər


Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsi və 42 saylı tam orta məktəbin təşkilatçılığı ilə həmin məktəbdə 4 günlük Aprel döyüşləri və 44 günlük vətən müharibəsində torpaq uğrunda canını fəda edən şəhidlərimizlə bağlı “ Torpağı müqəddəsləşdirənlər” adlı qəhrəmanlıq günü keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə məktəbin məzunları olan Vətən müharibəsi şəhidləri İlkin Xosrovzadənin və Ruslan Rəcəbovun xatirəsinə həsr olunmuş “Başımızın tacı – şəhidlər” adlı tədbirdə qonaqlar şəhidlərin adına tərtib olunmuş siniflərə baş çəkiblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildb.

Tədbirin moderatoru Hafiz Ataxanlı ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələn cəsur oğulların qəhrəmanlıqlarından söz açdı. Möhtəşəm qələbəyə gələn yolun keşməkeşli məqamlarını xatırlatdı və belə tədbirlərin mənəvi-ideoloji, tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı.

42 nömrəli məktəbin direktoru İlham Mirzəliyev çıxış edərək gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək hər bir vətəndaşın ən ümdə vəzifəsi olduğunu söylədi. S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, məktəbin təşkilatçı müəllimi Yaqut Atakişiyeva, şəhid anaları Fatma xanım, Bəturə xanım və Nazilə xanım çıxış etdilər.Çıxışlarda şəhidlərin şərəfli döyüş yoluna nəzər salındı.Bildirildi ki, canını Vətənə fəda etmiş bu ərənlər hər zaman and yerimiz olacaq.

Sonra məktəb şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

Arzu
Xəbəri paylaş