Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirilib, ölənlər və yaralananlar var

Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirilib, ölənlər və yaralananlar var


Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirib.

"Report" xəbər verir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç teleqram kanalında məlumat yayıb.

Zərbələr nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Mer, həmçinin qeyd edib ki, Rusiya hərbçiləri şəhəri kasset mərmiləri ilə atəşə tutur.

Bundan əvvəl məlum olub ki, Nikolayevdə avtobus dayanacağı, həmçinin mikroavtobusda olan sərnişinlər atəşə məruz qalıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Nikolayev şəhəri ətrafında yerləşən Balovnoye aerodromuna hücum edilib, nəticədə Ukrayna silahlı qüvvələrinin üç helikopteri vurulub.
Xəbəri paylaş