Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz"ın əməkdaşı döyüldü -FOTO

"Azəriqaz"ın əməkdaşı döyüldü


“Azəriqaz” İB-nin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, abonentin öncədən ödənişli (smart-kart tipli) qaz sayğacına baxış keçirilərkən qüsurla işləməsi aşkarlanıb. Bu səbəbdən əvəzlənməsi üçün abonent məlumatlandırılıb. Lakin bir neçə gün keçməsinə baxmayaraq sayğacın əvəzlənməsinə istehlakçı tərəfindən şərait yaradılmayıb. Bu gün əməkdaşımız Ağamirzə Vəliyev təkrar olaraq ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərkən abonentin hücumuna məruz qalıb. Bu hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına tərəfimizdən müraciət olunub.



Sevinc
Xəbəri paylaş