j
Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətində “Azərbaycana təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində” adlı konfrans keçiriləcək.
Newscenter.az xəbər verir ki, konfrans Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq. Konfransın təşlkilatçıları isə İstanbul Beykoz Universiteti, Bahçeşehir Universiteti və Haliç Universitetidir. 6-8 aprel tarixlərində İstanbulda baş tutacaq konfransa Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov qatılacaq.
Konfransda müzakirə ediləcək əsas məsələlərdən biri də Türkiyə vətəndaşları və Türkiyədə təhsil alan 3-cü ölkələrdən olan tələbələrə ayrı-ayrı dövlətlərdə Qarabağ müharibəsi öncəsi və sonrasında olan təzyiqlər, basqılar olacaq. Qeyd edilən məsələlər ətrafında konfrans zamanı müzakirələr aparılacaq.
NEWSCENTER.AZ