Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəqliyyat vasitələrində müxtəlif markalı 8 min ədəd siqaretlər aşkar edilib

Nəqliyyat vasitələrində müxtəlif markalı 8 min ədəd siqaretlər aşkar edilib


Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Mercedes Benz” və “Renault Premium” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual ediliblər.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş