Portuqaliya hökuməti Rusiyanın Lissabondakı səfirliyinin on əməkdaşını persona non-qrata elan etmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə Portuqaliyanın "Diário de Notícias" qəzeti respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Xarici İşlər Nazirliyi ölkədən çıxarılan səfirlik əməkdaşlarının fəaliyyətinin Portuqaliyanın milli təhlükəsizliyinə zidd olduğunu hesab edib. Onlara ölkə ərazisini tərk etmək üçün iki həftə vaxt veriləcək.