Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsindəki parlaq Zəfərimizin başlanğıc nöqtəsi

Vətən müharibəsindəki parlaq Zəfərimizin başlanğıc nöqtəsi


Bu gün Azərbaycan ordusunun 2016-ci ilin Aprel döyüşlərində qazandığı qələbədən 6 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.

Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı.

“Aprel döyüşləri həmçinin bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi”
Aprel döyüşlərindən başlanan, 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi”.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Şəhidlər ölməz, Vətən bölünməz!

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının məsləhətçisi : Gülər Kərimova
Xəbəri paylaş