Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Rusiya ilə danışıqlar üçün daimi nümayəndə heyəti yaradıb

Zelenski Rusiya ilə danışıqlar üçün daimi nümayəndə heyəti yaradıb


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin başa çatması və sülh müqaviləsi üzrə danışıqlar aparmaq üçün nümayəndə heyəti yaradıb. Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia başçılıq edib.

Bu barədə Newscenter.az Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir.

Prezidentin sərəncamına əsasən, Ukrayna nümayəndə heyətinin tərkibinə həmçinin deputatlar - Andrey Kostin, Dmitri Lubines, Rustem Umerov, ədliyyə naziri Denis Malyuska, Mixail Podolyak (Prezident Ofisi rəhbərinin müşaviri), Aleksey Reznikov (müdafiə naziri), Nikolay Tositski (xarici işlər nazirinin müavini), Aleksandr Malinovski (beynəlxalq hüquqşünas), Aleksandr Çalıy (fövqəladə və fəxri səfir) daxildir.

Eyni zamanda, qrupun rəhbəri David Araxamiya Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq, nümayəndə heyətinin tərkibində dəyişikliklər edə, habelə dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların əməkdaşlarını onun işinə cəlb edə bilər.

Bundan başqa, Prezident Ukrayna nümayəndə heyətinin məxfi direktivlərini də təsdiqləyib.

Xatırladaq ki, Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri artıq danışıqların bir neçə raundunu keçiriblər. Nümayəndə heyətlərinin son təkbətək görüşü Türkiyədə baş tutub.

Anar TAGIYEV
Xəbəri paylaş