Aprelin 22-də keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının vaxtı dəyişdirilib.
Bu barədə AMEA Rəyasət Heyətindən məlumat verilib.
Qeyd olunub ki, yığıncaq aprelin 27-də baş tutacaq.
Yığıncaqda Akademiyanın yeni prezidentinin seçiləcəyi gözlənilir.