Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar sahədə çalışan əməkdaşlar arasında şahmat turniri keçiriləcək

Aqrar sahədə çalışan əməkdaşlar arasında şahmat turniri keçiriləcək


29-30 aprel 2022-ci il tarixdə aqrar sahədə çalışan əməkdaşlar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan şahmat turniri keçiriləcək.

Newscenter.az xəbər verir ki, yarış Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Şahamat Federasiyası və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Respublika Şahmat Mərkəzində baş tutacaq və oyunlar beynəlxalq dərəcələi hakimlər tərəfindən idarə ediləcək.
Qeyd edək ki, yarış 9 turdan ibarət olacaq və İsveçrə sistemi ilə keçiriləcək. Kişi və qadınların birgə mübarizə aparacağı turnirdə hər bir iştirakçıya 20 dəqiqə vaxt veriləcək.

Turnirin mükafat fondu I yer üçün 500 manat, II yer 300 manat, III yer 200 manat məbləğində müəyyən olunub. Həmçinin iki həvəsləndirici yerin hər biri üçün 100 manat veriləcək.

Turnirdə iştirak etmək istəyənlər üçün qeydiyyat (Əlaqə: Tel 055 927 88 82) aprelin 20-dək davam edəcək.

Sevinc
Xəbəri paylaş