Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ətlik mal-qaranın (danaların) güzəştli sığortası başlayıb

Azərbaycanda ətlik mal-qaranın (danaların) güzəştli sığortası başlayıb


Azərbaycanda dövlətin dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində ətlik mal-qaranın (danaların) sığortası davam edir.

Newscenter.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, yeni sığorta mexanizmi vasitəsilə 11 gündən başlayaraq 5 yaşınadək ətlik mal-qaranı sığortalamaq mümkündür. Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, heyvanların sığortasında da hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir.

Qaydalara əsasən, sığortalanan heyvanlar peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi «Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları»na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.

Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma məbləğləri seçə bilərlər – 10% və 20%.

Mehman
Xəbəri paylaş