Xəzər dənizində növbəti monitorinqlərin aparılması məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə dənizə çıxan ekspedisiya qrupu tərəfindən Nərimanov NQÇİ-nin “8 mart” yatağı ərazisində suitilərin hərəkəti müşahidə olunub.
Eyni zamanda, Bulla adası ətrafında müxtəlif ornitofauna növlərinin aktivliyi qeydə alınıb. Bunu Newscenter.az-a ekspedisiya qrupunun rəhbəri Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən monitorinqlər 10 aprel tarixinədək davam etdiriləcək.
Sevinc