Ermənistan mətbuatı yazıb ki, bəzi britaniyalı deputatlar Gorusda erməni siyasətçilərlə gizli görüşlər keçirib.
Maraqlı olan budur ki, bu barədə mətbuata heç bir açıqlama verilməyib.
Erməni mediası yazır ki, Alen Simonyan 2-3 aprel tarixlərində Milli Məclisin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan, hökumətyönlü deputatlar Mariya Karapetyan və Sarqis Xandanyan, habelə Milli Məclisin bir neçə əməkdaşının göndərilməsi haqqında sərəncam imzalayıb.
Milli Məclisin sədri aprelin 1-də sərəncam imzalayıb, bu barədə dünən, aprelin 5-də parlamentin rəsmi saytında dərc olunub. Bundan başqa, sərəncamda ezamiyyətin məqsədinin, deputatların iştirak edəcəyi tədbirin göstərilməsi məcburidir, yuxarıda qeyd olunan sərəncamda isə yalnız “işgüzar səfər” ifadəsi verilir.
Bildik ki, deputatlar Gorusa tək getməyiblər, onları Britaniya parlamentinin nümayəndələri, Sünikə səfəri gizli saxlanılan Ermənistan-Britaniya dostluq qrupunun üzvləri müşayiət ediblər.
Maraqlıdır ki, Gorusa göndərilən qanunvericilər yerli ictimaiyyətin rəhbərliyi ilə görüşməyiblər.
İndi erməni jurnalistlər də sual edir ki, niyə hər şey xalqdan gizli saxlanılır.
Tural İsmayılov politoloq