Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Latviya Rusiya qszından imtina edir

Latviya Rusiya qszından imtina edir


Latviyanın iqtisadiyyat naziri Yanis Vitenberqs transatlantik enerji təhlükəsizliyi forumunda respublikanın Rusiya qazının idxalını mümkün qədər tez dayandırmaq istəyini təsdiqləyib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu nazirliyin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Vineta Vilistere-Laçe bildirib.

Mayeləşdirilmiş təbii qaz (LNG) sənayesini təmsil edən iş adamlarına, konqresmenlərə və ABŞ administrasiyasının nümayəndələrinə müraciət edən nazir çıxışında qeyd edib ki, Latviya Rusiya qazının idxalından imtina ilə bağlı dəqiq qərar qəbul edib və buna görə də ölkə ABŞ-dan LNG tədarükünü Rusiya qazına çox perspektivli alternativ hesab edir.

Onun sözlərinə görə, Latviya enerji təhlükəsizliyini və müstəqilliyini möhkəmləndirmək üçün ABŞ-dakı şirkətlərlə danışıqlar aparmağa hazırdı.
Xəbəri paylaş