Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mariupolda uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ölüb

Mariupolda uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ölüb


Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb.

"Bu, Mariupolun mülki əhalisinin məqsədyönlü şəkildə məhv edilməsinin bir nümunəsidir”, - məlumatda deyilir.

Şəhər meri Vadim Boyçenko bildirib ki, yaxın vaxtlara qədər inkişafın simvolu olan Mariupol indi demək olar ki, tamamilə dağıdılıb. O cümlədən, şəhər infrastrukturunun 90%-dən çoxu yerlə-yeksan edilib.

Hazırda Mariupol Şəhər Şurası kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb.

İlkin hesablamalara görə, blokada ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır.
Xəbəri paylaş