Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə başçısı seçildiyi 2014-cü il, 28 avqust tarixindən bu günə qədər ən çox 3 ölkəyə səfər edib.
Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ölkələr sırasında Rusiya Federasiyası, Azərbaycan və Birləşmiş Ştatlar yer alıb. Ərdoğan 8 il ərzində prezident kimi 13 dəfə Rusiya, 11 dəfə Azərbaycan, 9 dəfə iəs Amerikada səfərdə olub.
Ümumilikdə isə, Rəcəb Tayyib Ərdoğan 8 il ərzində dövlət başçısı kimi 81 ölkəyə 175 səfər gerçəkləşdirib. Məlumata görə, Türkiyə prezidenti hətta bütün dünyanı bürüyən koronavirus pandemiyası dönəmində də xarici səfərlərini həyata keçirib və son 2 ildə 29 ölkəyə səfər edib.
Mehman