Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada 37 YAŞLI azərbaycanlı zavod direktoru vəfat edib

Rusiyada 37 YAŞLI azərbaycanlı zavod direktoru vəfat edib


Rusiyada azərbaycanlı zavod direktoru gənc yaşında ürəktutmadan vəfat edib.

Bu barədə yazıçı-publisist Əkbər Qoşalı məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov 37 yaşında ürəktutmasından dünyasını dəyişib.

Ə.Qoşalı bildirib ki, mərhum E.Məmmədov Azərbaycanda dəfn olunacaq: "Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı işlər aparılır. Mərhumun cənazəsi Şəkidə torpağa tapşırılacaq".

Qeyd edək ki, Elvin Məmmədov Rusiyada yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Əliş Zabid oğlu Məmmədovun oğludur.

1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Əliş Məmmədov Saxa Respublikası Dövlət Məclisinin üzvü, Saxanın Fəxri Vətəndaşı və Əməkdar İnşaatçıdır. O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatının başçısıdır.
Xəbəri paylaş