Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlıda narkotik satan şəxs həbs olundu

Saatlıda narkotik satan şəxs həbs olundu


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş İsməli Fərəcov saxlanılıb.

Saxlanılan zaman ondan narkotik vasitələrin satışından əldə etdiyi pullar, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən narkotik maddə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman
Xəbəri paylaş