Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Ermənistanın sülh sazişi imzalamaqdan başqa heç bir yolu yoxdur

Sədaqət Vəliyeva: Ermənistanın sülh sazişi imzalamaqdan başqa heç bir yolu yoxdur


Bu gün Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutacaq. Görüşün gündəliyinə Azərbaycan tərəfinin irəli sürdüyü 5 maddəlik sülh təklifi daxildir.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin, hər iki ölkənin bir-birinə qarşı ərazi iddialarından imtina etmələri, dövlət sərhədlərinin delimitasiya və demarkasiya olunması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və diplomatik münasibətlərin qurulması kimi müddəların yer aldığı 5 maddəlik sülh təklifi ədalətli, obyektiv və tam beynəlxalq normalara əsaslanır:

“Artıq Ermənistanın yersiz bəhanələrinə, zaman uzatmaq cəhdlərinə, manevretmə imkanlarına və revanşist siyasətinə yer qalmayıb. Ermənistan xalqı anlamalıdır ki, Sarkisyan-Köçəryan cütlüyü kimi revanşist qüvvələr onların düşməni və düşdükləri mövcud ağır vəziyyətin səbəbkarlarıdır.”

İqtisadi, sosial, siyasi böhranın hökm sürdüyü Ermənistanın sülh sazişi imzalamaqdan başqa heç bir yolu yoxdur – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistanın yeganə xilas yolu məhz Azərbaycanla yekun sülh sazişi imzalamaqdan keçir:

“Bu mənada Ermənistan rəhbərliyi yaranmış yeni geosiyasi reallıqları qəbul etməli, Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməlidir. Əks halda mövcud böhran girdabında çabalayan Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında düşəcək. Unutmasınlar ki, “Dəmir Yumruq” yerindədir və hər an başlarına əzə bilər.”

Ruhiyyə
Xəbəri paylaş