Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk dəfə “I Beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi" keçirilir

Azərbaycanda ilk dəfə “I Beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi" keçirilir


Azərbaycanda ilk dəfə “I Beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi" keçirilir

Newscenter.az xəbər verir ki, konqres TƏBİB, Səhiyyə Nazirliyi, Elmi-tədqiqat Pediatriya İnstitutu (ETPİ) və “Unity Company”nin birgə dəstəyi, Türkiyə, Almaniya, Ukrayna, Rusiyadan peşəkar həkimlər və tibb heyətinin iştirakı ilə həyata keçirilib.

Açılış nitqi ilə çıxış edən “K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu”nun direktoru T.ü.f.d. Allahverdi Musayev ilk dəfə Azərbaycanda konqres çərçivəsində pediatr, uşaq cərrahı və tibb bacılarının bir araya gətirildiyini qeyd edib.

A.Musayev Konqresin 3 gün ərzində davam edəcəyini, ümumilikdə 300 nəfər iştirakçının rəsmi qeydiyyatdan keçdiyini və 70-dən çox məruzə dinləniləcəyini bildirib.

Daha sonra çıxış edən Ankara Universitetinin professoru Ömər Erdeve, Səhiyyə Nazirliyinin eksperti uzman pediatr Erkin Rəhimov, “Unity Company” təsisçisi Fikrət Əliyev tədbirin mahiyyəti barədə danışıblar.

Qeyd edək ki, konqresin keçirilməsinin əsas məqsədi uşaqların sağlamlığı kimi vacib məsələlərdə elmi-tədqiqat potensialımızı təkmilləşdirmək və uşaqların müasir, yüksək keyfiyyətli, effektli müalicə metodları ilə tanış olmaq, beynəlxalq təcrübdən yararlanmaq, sürətlə inkişaf edən tibbin tələblərinə uyğun müalicə metodlarının tətbiqi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Sevinc
Xəbəri paylaş