Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda küçədə kişi bıçaqlanıb

Bakıda küçədə kişi bıçaqlanıb


Bakıda küçədə kişi bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə aprelin 6-da paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, Elgiz Feyzullayev naməlum şəxs tərəfindən bıçaq yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb, hazırda orada müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbəri paylaş