Ötən gün Brüsseldə keçirilmiş üçtərəfli görüşdə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu, bunun əsasında danışıqların aparılması, bir sözlə, Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsi görünür ki, erməni lobbisi və anti-Azərbaycan dairələri kəskin narahat edib. Bu, özünü müxalifət və siyasi mühacir adlandıran bir qrup anti-milli ünsürün əl-həşirə düşməsindən dərhal hiss edilir.
Əli Kərimli, trolları və “Azadlıq qəzeti” adlı facebook səhifəsinin canfəşanlığı bu fonda xüsusilə seçilir. Başlayıblar ki, bəs ölkə problem içində boğulur, filankəs belə aksiya keçirdi, kimlərinsə haqqı belə yeyildi, ay daha nələr. Görünür ki, radikal düşərgəyə növbəti qara piar aparmaq üçün elə ötən gün gecə ikən komanda və təlimat verilib. Əli Kərimli də “Şakaya pul lazımdır” prinsipi ilə yaşayan biri! Adam başlayıb haray-həşir sala bilmək üçün özünə əl qatmağa! Belə ki, KameraVumən Fatimə Mövlamlı cəmi 3 saat ərzində 3 ayrı-ayrı qadının “etiraz aksiyası” klipini düz-qoş eləyib, “Azadlıq qəzeti” səhifəsi də paylaşıb.
Qeyri-vaxt özünü xalq, millət, milli maraqlar düşünən kimi qələmə verən Əli Kərimli bəs nə üçün Brüsseldə qazanılan uğurlardan danışmır? Deməli, Əli Kərimlinin etdikləri şəxsi intirqa, gözügötürməzlikdir və bu adam komandanı da birbaşa anti-Azərbaycan dairələrdən alır. Əks halda Əli Kərimli və bir qrup anti-milli ünsür belə bir vaxtda Azərbaycan əleyhinə qara piar aparmaz, milli maraqlar naminə dövlətin yanında olduqlarını bəyan edərdilər. Hər zaman belə olub. Nə zaman ki, Azərbaycan dövləti mühüm uğurlara imza atır, həmin vaxt “yuyulmamış çömçələr” də özlərini ortaya atırlar. Ancaq düşünmürlər ki, daha bulandıra bilmirlər!
Anar Şahmurad-YAP Ağdaş rayon təşkilatının əməkdaşı