Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Brüssel görüşü ölkəmizin növbəti diplomatik uğurudur


Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə görüşünün nəticələri ölkəmizin növbəti diplomatik uğurudur.

Beş saata yaxın davam edən danışıqları yüksək qiymətləndirən Şarl Mişel mətbuata açıqlamasında görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlamasının qərara alındığını bildirib. İki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və danışıqların bunun əsasında aparılması deməkdir. Bu sənəddə isə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas şərtlərdən biri hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanımasıdır.

Azərbaycanın tarixi Zəfərindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülh təklifinin imzalanması ilə bağlı tərəddüd edərək ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunmasında maraqlı olduğunu hər bəyanatında qeyd edir. Amma həm ötən il dekabrın 14-də, həm də aprelin 6-da keçirilən görüşlərin nəticəsi kimi qəbul olunan bəyanatda “Dağlıq Qarabağ” ifadəsinə və ya ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad edilməyib.

Brüssel görüşü göstərir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni format yaranmaqdadır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş