Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova seçicilərinin problemləri ilə maraqlanıb-FOTOLAR

Deputat Jalə Əhmədova seçicilərinin problemləri ilə maraqlanıb-FOTOLAR


Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Deputat Qərargahında baş tutan görüş zamanı millət vəkili 41 seçicini qəbul edib, onların problemlərini dinləyib. Jalə Əhmədova seçicilərin qaldırdığı problemlərin həlli üçün qanunvericilik çərçivəsində bacardığı köməkliyi əsirgəməyəcəsyini onların diqqətinə çatdırıb.

Qəbul zamanı seçicilər əsasən işsizlik, məşğulluq, torpaq, sosial, aliment məsələləri barədə problemləri qeyd ediblər.

Qeyd edək ki, seçicilərlə görüşdə deputatın dəvəti əsasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 2 saylı Şirvan-Salyan Regional filialının əməkdaşı Kənan Mənsimli də iştirak edib.

Ruhiyyə
Xəbəri paylaş