Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küç., ev 313A ünvanında fəaliyyət göstərən, Məmmədov Elmar Təvəkkül oğluna məxsus ərzaq mağazasında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, kimyəvi yuyucu maddələrlə qida məhsullarının birlikdə saxlanıldığı, qeyri-qida məhsulları ilə qida məhsullarının satışının eyni vitrində həyat keçirildiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Sevinc