Kanada dövləti Xocalı faciəsini rəsmən qətliam olaraq tanıyıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı İspaniyadakı Azərbaycan diaspor təşkilatının sədri Vahid İmanov özünün facebook sosial şəbəkə hesabında paylaşıb. Məlumatda bildirilib ki, Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşəbbüsü və lobbiçiliyi ilə Parlamentə təqdim edilmiş petisiyanı Kanadada yaşayan minlərlə soydaşımız və yerli kanadalılar imzalayıb. Deputat Michael Cooper isə bu prosesə sponsorluq edib,
Həmçinin Kanada Xarici İşlər Nazirliyi də petisiya ilə bağlı rəsmi sənəd qəbul edərək, Xocalı Qətliamını insanlıq tarixinin dəhşətli faciəsi olaraq tanıyıb.
Mehman