Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkünlər üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim keçiriləcək

Məcburi köçkünlər üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim keçiriləcək


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə məcburi köçkünlər üçün təlimlər keçiriləcək.

Newscenter.az xəbər verir ki, Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən ödənişsiz keçirilən təlimlərin əsas məqsədi vətəndaşların maliyyə savadlılığı üzrə məlumatlılığının artırılmasıdır. Maliyyə savadlılılığının artırılması mövzusunda keçirilən təlim istehlak və ipoteka kreditləri, zaminlik, hökumətin fermerlərə dəstək mexanizmləri, hökumətin kiçik və orta biznesə dəstək mexanizmləri, sığorta sahələrini əhatə edəcək. Təlimlər 15 aprel - 5 may tarixlərində onlayn rejimdə keçiriləcək.

Qeyd edilən tədbirlərdə iştirak etməklə məcburi köçkünlər yuxarıda adıçəkilən mövzular üzrə dəyərli biliklər alacaq və mövzu üzrə onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılacaqdır.

Sevinc
Xəbəri paylaş