Rusiya Ukrayna ilə müharibədə üzləışdiyi itkiləri tədricən etiraf etməyə başlayıb.
Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov Rusiya-Ukrayna müharibəsinin 43-cü günündə ölkəsinin çox ciddi əsgəri itkilərlə üzləşdiyini etiraf edib. Peskov mətbuata verdiyi açıqlamada bunları deyib:
"Ukrayna ilə müharibədə önəmli əsgəri itkilərimiz var. Bu bizim üçün böyük bir tragediyadır".
Qeyd edək ki, bu günə qədər Rusiya rəsmiləri Ukrayna ilə müharibədə çoxlu sayda hərbiçi itirdiklərini təkzib edirdilər.