Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın xarici banklardakı hesabları açılacaq

İranın xarici banklardakı hesabları açılacaq


İranın xarici banklarda daha əvvəl ABŞ-ın sorğusu ilə dondurulmuş 7 milyard dollar həcmində aktivləri yenidən açılacaq.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bununla bağlı bir sıra ölkələrlə razılaşmalar əldə olunub.

Həmin vəsaitlərin bir neçə həftəyə köçürülə biləcəyi qeyd olunur.

Açılacaq aktivlərin yerləşdiyi ölkələrin adları açıqlanmır.

Ötən gün adı çəkilməyən rəsmi şəxsə istinadən İrana məxsus bloklanmış valyuta hesablarının böyük hissəsinin geri qaytarılacağı xəbəri verilmişdi.
Xəbəri paylaş