Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna-Rusiya danışıqlarında mümkün 2 ssenari ola bilər

Ukrayna-Rusiya danışıqlarında mümkün 2 ssenari ola bilər


“Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlarında mümkün 2 ssenari ola bilər”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Danışıqlarda iki ssenari ola bilər. Hələlik anlaşa bilmədikləri mövzuda müəyyən razılıq əldə olunduqdan sonra öncə xarici işlər nazirləri bir araya gələrək ilkin razılaşma imzalanır. Daha sonra ölkə liderləri görüşürlər.

İkinci ssenaridə isə Ukrayna və Rusiya prezidentləri XİN başçıları ilə birgə görüşəcəklər və dövlət başçılarının hüzurunda sənədi xarici işlər nazirləri imzalayacaq. Biz hər iki halda onları Türkiyədə qəbul etməyə hazırıq”, - XİN başçısı qeyd edib.
Xəbəri paylaş