Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb


Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Diplomatlar ikitərəfli münasibətlərin geniş spektrini, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsini müzakirə ediblər.

Nazirlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalananüçtərəfli sazişlərin bütün müddəalarının icra vəziyyətini nəzərdən keçiriblər.
Xəbəri paylaş