Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüsseldə sülh istiqamətində atılan növbəti addım

Brüsseldə sülh istiqamətində atılan növbəti addım


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.Avropa İttifaqı Şurasının sədri Azərbaycan prezidentini qarşılayıb.

Keçirilən təkbətək görüşdə İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirib və 2021-ci ilin dekabrında olan üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.

Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi. Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə böyük ümidlər yaradır.Bugün əldə edilən hər bir uğur Prezidentimizin sayesindədir.Və biz bir Azərbaycan vətəndaşı olaraq bunu yüksək qiymətləndirib , atılan bütün addımlarda hər zaman Cənab Prezidentimizi dəstəkləyirik.

Gülər Kərimova
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının məsləhətçisi
Xəbəri paylaş