2022-ci ilin I rübündə Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1006 zəng qəbul edilib.
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, daxil olan müraciətlərin 783-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 62-si sayğacların quraşdırılması, 116-sı isə digər məsələlərlə bağlı olub. Zənglərdən 44-nü təşəkkür xarakterli, 1-ni isə qaz sızması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.
Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Xatırladaq ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar Xətt”i, eləcə də minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.
Sevinc