24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, K.Nurullayeva qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən şikayət və problemlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Nəzərinizə çatdırmaq istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın əlillik dərəcəsinin düzgün müəyyən edilməməsi ilə bağlı şikayəti, işlə təmin olunma, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, yaşayış binasının dam örtüyünün əsaslı təmir olunması, vətəndaşın işindən əsassız yerə çıxaldığına dair iddiası və s. bu kimi məsələlər başlıca yer almışdır.
Millət vəkilinin qərargahından verilən məlumata görə, vətəndaşların qəbul ərzində Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər deputat səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyətı üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Ruhiyyə